banner
banner

Sosİal

I sinfə gedəcək uşaqların nitq bacarıqlarının yoxlanılmasına başlanıldı

I sinfə gedəcək uşaqların nitq bacarıqlarının yoxlanılmasına başlanıldı

Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə komissiyaları fəaliyyətə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərir. Belə ki, 1 saylı mərkəz 3 nömrəli, 2 saylı mərkəz 12 nömrəli, 3 saylı mərkəz 168 nömrəli, 4 saylı mərkəz 139 nömrəli, 5 saylı mərkəz 72 nömrəli, 6 saylı mərkəz 189-190 nömrəli, 7 saylı mərkəz 95 nömrəli, 8 saylı mərkəz 117 nömrəli, 9 saylı mərkəz 53 nömrəli tam orta məktəblərdə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyəti mərkəz rəhbəri tərəfindən idarə olunur.

Digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, uşağın dinlədiyini anlaması, ünsiyyət qurması və öz fikrini sadə formada ifadə etməsi nəzərdə tutulur.

 

Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçirilir. Əks halda valideynlər Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər.

Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər.

Hər uşaq üzrə müsahibənin vaxtı maksimum 7 dəqiqə müəyyənləşdirilib. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır, həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndərilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.