Rusiyalı müğənni Timatinin keçmiş sevgilisi Mila Volçek ərə gedir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, milyarder Mark Qarberin oğlu Aleks Qarberlə ailə quracaq.
Oliqarx oğlu Milaya evlilik təklifi edib. Hadisə ötən həftə cütlük Romada olanda baş verib. Aleks sevgilisi üçün xüsusi evlilik təklifi sürprizi hazırlayıb.
Bir vaxtlar medianın gündəmindən düşməyən Mila Timatidən ayrılandan sonra gözlərdən uzaq yerdə yaşayıb. O, uzun fasilədən sonra barmağında oliqarx oğlunun üzüyü ilə geri qayıdıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.