“Diqlas”da 86 sahibkarın malı artıq çıxarılıb - Aktlaşdırılır, zərər dəymiş mallar isə...
Yanğın baş verən “Diqlas” ticarət mərkəzindən 86 sahibkarın malları artıq çıxarılıb.
Trend-in məlumatına görə, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Hadisə yerində olan S.Məmmədov bildirib ki, artıq 3 gündür köç prosesi başlayıb:
“Bildiyiniz kimi, yanğın hadisəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü. Hazırda mallar ticarət mərkəzindən çıxarılır. İndiyə qədər 86 sahibkarın malları çıxarılıb. Hər bir çıxan mal aktlaşdırılır, yararlı mallar akt əsasında sahibkara təqdim olunur, zərər dəymiş mallar isə xüsusi ayrılmış anbara göndərilərək qiyməti dəqiqləşdirilir".
Nazir müavininin sözlərinə görə, malların daşınması üçün bütün qüvvələr səfərbər olunub: "Sahibkarlara nəqliyyat vasitələri ayrılıb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar ki, mallar tez bir zamanda buradan köçürülsün”.
Ticarət mərkəzinin söküntüsü ilə bağlı qərar isə yaxın vaxtda ictimaiyyətə açıqlanacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.