Məşhur model Tina Kandelaki istirahət üçün Dubaya yollanıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı Kandelaki məşhur Burc-Xəlifə, brend mağazalar və çimərlik qarşısındakı şəkillərini izləyiciləri ilə bölüşüb.
"Hər səhər idmanla məşğul oluram. Buna görə də səhər yeməyində yumurtadan tutmuş, yağlı ərzaqlara qədər hər şey yeməyə icazə verirəm. Balıq, yumurta yeyirəm. Ətdən çox az istifadə edirəm. Çalışıram paxlalı bitkilər yeyim. Uzun müddətdir şirniyyatdan, çörəkdən, kartofdan imtina etmişəm. Son on ildir ki, kolbasa çörək həsrətindəyəm" deyə, Tina formada qalma sirrini bölüşüb.
Model tez-tez spa salonlara getdiyini, kosmetoloqa müraciət etdiyini də söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.