banner
banner

Gündəm

STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir

STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir

2019-cu ilin mart ayında Sumqayıt Texnologiyalar Parkı ölkə tarixindəki ən irihəcmli kabel ixracı əməliyyatını həyata keçirməyə başlayıb. Bu günədək davam edən prosesdə idxalçı tərəf kimi Qazaxıstan Respublikası çıxış edir və artıq 6 avrofura məhsul sifarişçi ölkəyə yola salınıb. Müqaviləyə əsasən STP sifarişçiyə ümumilikdə 77 avrofura alçaq gərginlikli olmaqla zirehli və zirehsiz müxtəlif növ kabel məhsulları göndərəcək.

Almaniya və Rusiya kimi ölkələrdən oturuşmuş şirkətləri qabaqladıq!

2017-ci ilin oktyabr ayından başlayaraq ictimaiyyətə açıq şəkildə keçirilən və bu ilin yanvar ayında Texnopark-ın qələbəsi ilə nəticələnən tenderdə Azərbaycan ilə yanaşı Almaniya, Çin və Türkiyə kimi ölkələrdən ciddi rəqib şirkətlər iştirak edib.

7 milyon dolar dəyərində layihə!

Qeyd etmək istərdik ki, ümumi dəyəri 5 milyon ABŞ dolları olan bu müqaviləyə əsasən ixrac olunacaq məhsullar Qazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının genişləndirilməsində istifadə ediləcək. İlin sonuna qədər isə daha 3 müqavilənin bağlanması ilə ümumi ixrac məbləğinin 7 milyon ABŞ dollarını ötməsi proqnozlaşdırılır.

 

Xatırladaq ki, bu, Texnoparkın Qazaxıstan ilə ilk əməkdaşlığı deyil. Daha əvvəllər də STP adı çəkilən ölkə ilə bir sıra uğurlu müqavilələrə imza atıb, Şımkənt şəhərini elektrik enerjisi ilə təmin edən “BURIL” Yarımstansiyasının tikintisi, Temirtau şəhərində yerləşən məşhur “ArcelorMittal” şirkətinə məxsus metallurgiya bazasının genişləndirilməsi, Orta Qazaxıstan Vilayətinin ən böyük alış-veriş mərkəzi olan “Kızılorda” Plazanın tikintisi və Astana şəhərində “Astana-2” yarımstansiyasının bərpa işləri zamanı edilən əməkdaşlıqlar STP-nin Qazaxıstan portfelində əhəmiyyətli yerə sahibdir.

Regionun ən iri kabel zavodu!

STP-nin Kabel Zavodu 2009-cu ildən fəaliyyət göstərir və yarandığı gündən istehsal həcmi və məhsul çeşidinə görə regionun ən iri kabel istehsalçısıdır. Zavod, həmçinin ifrat gərginlikli elektrik kabelləri, LAN və Fiberoptik kabel məhsullarının regionda yeganə istehsalçısıdır. Xüsusilə vurğulamaq lazımdır ki, 500 Kv-luq ifrat gərginlikli kabellər dünyada cəmi 6 ölkədə istehsal olunur.

Qeyd edək ki, regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazara da kifayət qədər məhsul ixrac etmək iqtidarındadır. Hazırda şirkətdə 2000 nəfər çalışır və Texnopark-a daxil olan bütün müəssisələr Avropa və Yaponiya istehsalı olan ən yeni texnoloji avadanlıqlar ilə təchiz olunublar. Həmçinin Texnopark-ın bütün zavodlarında Avropa istehsalı olan laboratoriyalar mövcuddur və onlar AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditə olunublar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.