banner
banner

Sosİal

İcra başçısı Yevlaxı bu günə qoyub... - FOTOLAR

İcra başçısı Yevlaxı bu günə qoyub...

"Yevlaxın mərkəzi Heydər Əliyev prospektindən başqa, qalan küçələrdə, eləcə də, kəndlərdən yoldan əsər-əlamət yoxdur".

Bunu Arqument.Az-a Yevlax rayonundan bir qrup sakin bildirib. Onların sözlərinə görə, yolların bərbad vəziyyətdə olması uzun müddətdir davam edir.

Sakinlər bildirirlər ki, bununla bağlı Yevlax rayon İcra Hakimiyyətinə də dəfələrlə məlumat verilib. Ancaq rayona vaxtaşırı prezident tərəfindən pul ayrılsa da, İcra Hakimiyyəti bundan səmərəli istifadə etmir: "Rayona ayrılan maliyyə mərkəzi küçələrdə azca sərf olunur, bununla da öz işlərini tamamlanmış hesab edirlər. Vəziyyət isə olduqca mürəkkəbdir. Bu gün rayonun kədlərlə əlaqəsi yox dərəcəsindədir. Gediş-gəliş çətindir. Biz ölkə başçısına müraciət etmək istəyirik. Bəlkə, bundan sonra aidiyyatı qurumlar və şəxsən rayonun icra başçısı Qoca Səmədov bundan bir nəticə çıxara bilsin".

Qeyd edək ki, Yevlaxda çəkilmiş fotogörüntülərdə də yolların bərbad vəziyyətdə olduğu aydın görünür


 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.