Türkiyəli müğənnilər Seren Serengil əri Yaşar İpəklə yenidən bir araya gəlib.
Axşam.az xəbər verir ki, İnstaqramda məşhur olan cütlüyün küsməyinə səbəb qayınana haqda paylaşılan status olub.
Seren küsülü olduğu qayınanası ilə barışıq yeməyindən foto paylaşaraq "Ərim üçün çiy toyuğu da yeyərəm" yazması vəziyyəti daha da pisləşdirib. Yaşar buna görə evi tərk edib.
Ancaq ayrılığa üzün müddət tab gətirməyən ifaçı yenidən xanımının evinə qayıdıb.
Seren bu haqda sosial media hesabından paylaşım edib:
"Yolumuz uzundur, başqalarının hekayəsini danışarkən, bir də baxırsan özün də o hadisəni yaşayırsan. Mən səni incitmişəm, sən də məni incitmisən, amma deməyə dilim gəlməyib. Onu ucatmaq üçün dediyim bir söz səhv başa düşülüb. "Onun üçün edə bilməcəyim heç nə yoxdur" sözümü düzgün başa düşməyiblər. Bu yalnış fikirlərə səbəb verdiyim üçün üzr istəyirəm. Məni sevən, dəyər verən, bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirən, həyatımda məni xoşbəxt etmək üçün nəsə etməyə çalışan tək insandır. Nə yaxşı ki, evimizə geri qayıtdın".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.