"Ən çox sevdiyim insan yanımdadır" - Günay Musayeva
Türkiyədə yaşayan azərbaycanlı model-aktrisa Günay Musayeva həyat yoldaşı, aktyor Tolqa Kareldən boşanmasından bəhs edib.
Axşam.az-ın məlumatına görə, bu haqda “Onlar”da danışan model ayrılma qərarını özünün verdiyini bildirib:
“Boşanma qərarı aldım, məhkəməyə müraciət etdim. Yaxın günlərdə nəticələnəck. Ailə qurmaq kimi boşanmaq da normal bir haldır. Son vaxtlar işimdə hər şey gözəldir, yeniliklər boldur, ən çox sevdiyim insan - oğlum Cahangircan yanımdadır. Belə xoşbəxtəm və rahatam. Haqqımda çox xəbərlər yazırlar, fikir vermirəm”.
G.Musayeva arıq olmasına baxmayaraq, heç vaxt pəhriz saxlamır:
“Bakıya bayram ərəfəsində gəlmişəm. Şəkərbura, paxlava, yağlı plov yeyirəm. Heç pəhriz saxlamıram. Xanımlara məsləhət görürəm ki, çoxlu su içib, idman etsinlər. İdman formada qalmaq üçün vacib amildir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.