Əri Atakan Koruyu xaricə yola salan Azra Akın hava limanında görüntülənib.
Axşam.az-ın məlumatına görə, Atakan iş üçün başqa ölkəyə gedib. Onu yola salmaq üçün hava limanına gələn Azra duyğusal anlar yaşayıb. Həyat yoldaşını öpüb, qucaqlayan Akın bir müddət ondan ayrılmayıb.
Qeyd edək ki, Türkiyə gözəli olan Azra Akın 2017-ci ildə Atakan Koru ilə evlənib. Cütlüyün Demir adlı bir oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.