banner
banner

Sosİal

TRT Çingiz Mustafayev adına mükafat təsis etdi

TRT Çingiz Mustafayev adına mükafat təsis etdi

Türkiyənin dövlət kanalı TRT Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına mükafat təsis edib. 
Bu barədə TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib. 
Mükafat ilk dəfə “TRT Avaz” telekanalının 31 Mart - Azərbaycanlıların soyqırımı ilə əlaqədar Ankarada təşkil ediləcək özəl toplantıda təqdim ediləcək. 

Arslan bildirib ki, tədbirə Azərbaycandan Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və digər şəxslər qatılacaq. 

Yıldıray Arslanın sözlərinə görə, tədbir bir neçə hissədən ibarət olacaq: “Karabağın sessiz çığlığı” adlı sənədli film nümayiş olunacaq. Həmçinin, "Xəbər Kameramanları Dərnəyi"nin mükafatlandırma mərasimi olacaq və orada bizə Çingiz Mustafayev adına mükafat veriləcək".(anspress)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.