TV8-in sahibi Acun Ilıcalı məşhur aparıcı Eser Yenenlerin toyunda iştirak edib.
Axşam.az Türkiyə mətbuatına istinadəın xəbər verir ki, 400 nəfərə yaxın qonağın iştirak etdiyi toy Kilyosda keçirilib. Acun toyda gəlinə 10 min avroluq saat hədiyyə edib.
Cütlüyü xoş günündə Murad Dalkılıç, Hande Erçel, Yılmaz Erdoğan, Aslı Enver, Murad Boz, Seda Sayan, İbrahim Büyükak, Oğuzhan Koç kimi məşhurlar tək buraxmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.