Məşhur televiziya aparıcısı və aktrisası Zemfira Adıgözəlova sosial şəbəkədə erotik fotosessiyanı təqdim edib. Cia.az-ın məlumatına görə, ən seksual yerli televiziya aparıcılarından biri olan Zemfira 3 il sonra yenə də sosial şəbəkədə bu şəkilləri qoyub. "Mən sosial şəbəkələrə bu şəkilləri nümayiş etdirmirdim və saytlara vermirdim, çünki həmin an çox böyük tənqidə məruz qalırdım. Mən gözləyirdim ki, nə vaxt hər şey sakitləşəcək. İndi, mənim fikrimcə, o vaxt gəldi, artıq cəmiyyət bu cür fotosessiyalara hazırdır və artıq telekanallarda da açıq geyimlərə öyrəşib. Düzünə qalsa mən hesab etmirəm ki, bu şəkillər çox açıqdır və ya erotikdir. Tezliklə tamaşaçıları və saytların oxucularını yeni sürprizlər gözləyir, amma bu haqda mən hələ danışmaq istəmirəm", - deyə Zemfira bildirib.
Qeyd edək ki, bu cür fotosessiya milyonların sevimlisi, planetin ən istənilən qadınlarından biri italyan aktrisası Monika Belluççinin obrazıdır. Sizin diqqətinizə bu fotosessiyanı təqdim edirik.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.