banner
banner

Sosİal

Dövlət Komitəsi şok təkliflə çıxış edib- Bu valideynləri həbs gözləyir

Dövlət Komitəsi şok təkliflə çıxış edib-

"Azərbaycanda övladlarına lazımı diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir".
Cia.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trendə-ə bildirib ki, artıq komitə tərəfindən valideyn məsuliyyətinin artırılması və uşaqlardan sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib. Təkliflər toplandıqdan sonra paket Nazirlər Kabinetinə təqdim ediləcək.
Valideyn məsuliyyətinin artırılmasını bu günün aktual məsələlərindən biri sayan E.Səfərov bildirib ki, hazırda İnzibatı Xətalar Məcəlləsində valideyn məsuliyyətini tənzimləyən yalnız bir cəza növü var. Bu cəza da valideynin 20 manatdan 40 manatadək cərimələnməsidir. Komitə valideyn məsuliyyətinin artırılması üçün həmin məbləğin artırılmasını təklif etməklə yanaşı, bir çox sahələrdə də valideynlər üçün xüsusi məsuliyyət növlərinin müəyyənləşdirilməsini vacib sayır.

Uşaqlarını dilənçiliyə, küçə işlərinə cəlb edən, onları təhsildən yayındıran valideynlər, eyni zamanda, uşağı ətraf mühitə, hər hansı əmlaka zərər vuran, yol hərəkəti qaydalarının pozulması hallarına görə günahkar olan və s. valideynlər üçün ayrı-ayrılıqda məsuliyyət növləri müəyyənləşdirilməlidir: “Əmlaka zərər vermə və digər hallarla bağlı ümumi normalar var. Amma valideynlər uşaqları lazımi qədər tərbiyə etməyəndə və ona öz qayğısını göstərməyəndə bu, həmin məsələlərə görə həm Cinayət Məcəlləsində, həm də İnzibatı Xətalar Məcəlləsində xüsusi ağırlaşdırıcı hal kimi müəyyənləşdirilməlidir.

Bundan başqa, belə hallar da olub ki, 5-8 yaşlı uşaq təkbaşına yol keçəndə müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu məsələdə artıq uşaq deyil, valideyn təqsirlidir. Çünki valideyn ona birbaşa nəzarət etməli və öz vəzifələrini həyata keçirməlidir. Buna görə də belə valideynlər üçün ayrıca məsuliyyət növləri müəyyənləşdirilməlidir”.
E.Səfərovun sözlərinə görə, komitə valideynlərin bəzi hallarda müvəqqəti olaraq, azadlıqdan məhrum edilmə cəzasına layiq görülməsini də təklif edir.

Komitə rəsmisinin sözlərinə görə, uşaq təhsildən yayındıqda yalnız məktəb direktoru məsuliyyətə cəlb edilməli deyil. Eyni zamanda, belə uşaqların valideynləri də məsuliyyətə cəlb edilməlidirlər: “Bu cəza isə yalnız maddi cərimə olmalı deyil. Ehtiyac olarsa, valideyn müvəqqəti olaraq, bir necə sutkalıq azadlıqdan məhrum da edilsin”.
E.Səfərov bildirib ki, Avropa İttifaqının qaydalarına görə, avtomobilində uşaq sərnişin daşıyan və maşının arxa hissəsində uşağa görə xüsusi nəqliyyat vasitələri yerləşdirməyən valideynlər cərimələnirlər. Komitə həmin qaydaların da Azərbaycanda tətbiqini təklif edir.

E.Səfərov qeyd edib ki, Azərbaycanda valideyn hüquqlarının məhdudlaşdırılması və valideyn hüququndan məhrum etmə ilə bağlı prosedurun təkmilləşdirilməsi təklif olunur. Onun sözlərinə görə, bu gün yerli icra hakimiyyəti orqanları və yerli polis şöbələrinin fəaliyyətində islahatlar aparılmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.