banner
banner

Sosİal

Bakıda güclü külək 15 ağacı aşırdı

Bakıda güclü külək 15 ağacı aşırdı
yunun 29-da axşam saatlarından başlayan güclü külək səbəbindən paytaxtda 15 ağac aşıb. Bu barədə Trend-ə Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Şöbə rəisinin sözlərinə görə, ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub: "Müxtəlif ünvanlardan 15 ağacın aşması, budaqların qırılması və çoxlu sayda ağacın əyilməsi ilə bağlı müraciətlər var. Həmin müraciətlər qeydə alınıb, aşmış və sınmış budaqlar ərazidən götürülüb. Əyilərən ağaclar isə qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib". O. Məmmədov əlavə edib ki, güclü külək Binəqədi rayonunda irigövdəli ağacı "KİA" markalı avtomobilin üzərinə aşıraraq ziyan vurub, xoşbəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.