Bir neçə müddətdir həyat yoldaşı Kənan Doğulu ilə boşanacaqlar barədə xəbər yayılan türkiyəli aktrisa Beren Saat paylaşımı ilə yenidən diqqət mərkəzindədir.
Axşam.az xəbər verir ki, buna isə onun bölüşdüyü fotoda Oskar Vaylda məxsus “Sizə adi insanlar kimi davranan şəxsləri əsla sevməyin” yazılan sözlərdir.
Belə ki, sosial şəbəkə istifadəçiləri güman edir ki, Berenin paylaşımı ünvanlıdır. O, bu kəlimələri həyat yoldaşı Kənana həsr edib.
Qeyd edək ki, K.Doğulu və B.Saat arasındakı soyuq küləklər bu ilin fevralından başlayıb. Onlar münasibətlərinin nə yerdə olması barədə isə müxtəlif iddialar səsləndirilir və açıqlamalar verilir. Lakin cütlük bu barədə doğru informasiyanı jurnalistlərlə bölüşmür.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.