“Ulduzun doğuluşu” filmində rol alandan sonra yaxınlaşan Bredli Kuper və Ledi Qaqanın birlikdə yaşadığı iddia edilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iki il öncə çəkilişlər üçün bir araya gələn sənətçilər orada tanış olub.
Daha sonra cütlüyün münasibəti ilə bağlı xəbərlərin çıxdığı ilk aylarda Ledi Qaqa nişanlısından, Bredli isə sevgilisi rusiyalı model İrina Şeykdən ayrılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.