banner
banner

Sosİal

Hava xəbərdarlıqları ilə bağlı YENİ XƏBƏR

Hava xəbərdarlıqları ilə bağlı YENİ XƏBƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində istifadə olunan “Türk Metcap” sistemi ən son versiya olan “Türk Metcapplus” proqramı ilə əvəzlənib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni müasir proqramın tətbiqi ilə bağlı Türkiyənin Meteoroloji Genel Müdürlüyünün mütəxəssisləri tərəfindən departamentdə 3 gün ərzində təlimlər keçirilib.

“Türk Metcapplus” proqramının tətbiqi proqnoz və xəbərdarlıqların keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək.

Yeni versiya ilə gündəlik proqnozların hazırlanmasında faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələrin, rəqəmli modellərin nəticələrindən istifadə olunacaq, davamlı informasiya mübadiləsinə və hər 3 saatdan bir yeniləşən peyk məlumatlarından istifadəyə imkan yaranacaq.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.