Aktrisa Milla Yovoviç üçüncü dəfə ana olmağa hazırlaşır.
Axşam.az xəbər verir ki, 43 yaşlı aktrisa bu haqda özü xəbər yazıb.
Qızı doğulacaq Mila "13 həftə əvvəl hamilə olduğumu öyrəndim. Xoşbəxt oldum. Sevindiyimdən bilmədim nə edim. Əvvəlcədən xəbər yayıb, uşağıma ziyan vurmaq istəmədim. Son həftələr bütün ailə üzvlərimizlə narahat idik, analizlər verir, cavabları səbirsizliklə gözləyirdik. Şükür, hər şey yaxşıdır və bizim qızımız doğulacaq" deyə, Milla söyləyib.
Qeyd edək ki, Yovoviçin 11 yaşlı Eva, 4 yaşlı Daşiel adlı qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.