İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.
Bu barədə Trend-ə itkin düşən 2004-cü il təvəllüdlü Elnarə Əliyevanın atası Vahid Əliyev bildirib. Onun sözlərinə görə, qızı əslində itməyib, sadəcə qohumlarının evinə gedib:
"Elnarə ötən gün artıq tapılıb və evindədir. O, gecə vaxtı evdən çıxarkən nədənsə inciyərək xalasıgilə gedib. Saytlarda elan görən kimi, xalası dərhal polis ilə əlaqə saxlayaraq onun itmədiyini bildirib və daha sonra yaşadığımız evə gətirib".
Xatırladaq ki, 15 yaşlı Elnarə Əliyeva iki gün əvvəl gecə vaxtı evdən çıxaraq geri dönməmişdi. Onun yoxa çıxdığını görən valideynləri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə də məlumat vermişdilər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.