Müğənni Ebru Gündeş iyulda verdiyi beş konsertdən 2,5 milyon lirə (təxminən 1,1 milyon manat) qazanıb.
Axşam.az xəbər verir ki, tamaşaçıların istəyi ilə sənətçi sentyabrın 11 və 15-də də səhnəyə çıxacaq. Gündeş bu gecədən isə 1 milyon lirə alacaq. Beləcə, sənətçinin yay qazancı 3,5 milyon lirə (təxminən 1,6 milyon manat) olacaq.
Müğənninin konsertinə biletlər 60 lirədən 416 lirəyə qədərdir. VİP biletlər isə 1000-5000 lirə arası satışa çıxarılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.