Müğənni Kenan Doğulu ilə boşanacaqları deyilən aktrisa Beren Saatla bağlı ortaya atılan iddia sosial medianı yerindən oynadıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhifələrdən birinin paylaşdığı fotoda adı çəkilməyən bir kişi və bir qadın yer alıb. İzləyicilərin əksəriyyəti "Məşhur aktrisa evliliyə son qoyub" başlığı ilə verilən fotodakı qadının Berenə oxşatdıqlarını deyiblər. Aktrisanın pərəstişkarları isə paylaşımı tənqid atəşinə tutub.
"Atiye" serialının çəkilişlərinə davam edən Saat hələlik bununla bağlı hər hansı açıqlama verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.