banner
banner

Sosİal

Bakıda yenə “tıxac mövsümü” başlayır - çıxış yolu...

Bakıda yenə “tıxac mövsümü” başlayır - çıxış yolu...

Dünya təcrübəsi bir şey deyir, araşdırmalar başqa şey...

Yeni dərs ili hələ başlamasa da, paytaxtda tıxac problemi başlanıb. Səhər saatlarında işə gəlmək, axşam evə getmək yenə cəhənnəm əzabına dönüb. Məhz bu səbəbdən də paytaxtın ənənəvi problemi və ondan çıxış yolları ilə bağlı müzakirələr aktuallaşıb. “Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alaraq, ekspertlərin bu problemdən çıxış yolunu araşdırıb.

Tıxac problemi ilə mübarizə aparmaq üçün nə edilə bilər? Maşın tıxacını indiki halda həyatımızdan çıxara bilməyəcəyimizə görə nəqliyyatda yaşadığımız stressi ən az səviyyəyə endirə bilmək üçün müxtəlif məlumatlar və praktik çıxış yolları təqdim edilə bilər.

Maşın sürərkən hər an diqqətimizi yola versək də, hər zaman zehnimiz bütünlüklə yolda cəmləşə bilməz. Ağlımız o gün görüləcək işlər, həyat yoldaşımız və ya dostumuzla aramızda keçən xoşagəlməz dialoq, canımızı sıxan kommunal xərclər və sair kimi zehnimizi məşğul edən şeylərlə doludur. Bu, qaçılmazdır. Xarakterimiz, stresslə mübarizə etmə səviyyəmiz, fiziki və ruhi sağlamlıq durumumuzla maşın sürmə məsələsindəki bacarığımız, nəqliyyatda yaşadığımız stressə təsir göstərə biləcək digər faktorlardandır.

Tıxacda, maşının içində, stressdən uzaqlaşa bilmək üçün nələr edilə bilər?

Tıxac vəziyyətində o andakı stressi azaltmaq üçün bunlar təqdim oluna bilər: xoşa gələn bir musiqi kanalı, əlimizin altında olan və sürməyimizə təsir etməyəcək quru yeməklər, nəfəs gimnastikaları.

Ümumiyyətlə, maşın sürəndə və ya durduğumuz zaman diqqətimizi dağıdacaq hər şey təhlükəsizliyimizi təhlükəyə atır. Bu səbəbdən də tıxacda və ya maşın sürdüyümüz zaman hər hansı əlavə bir şeylə maraqlanmaq doğru deyil. Çünki yola baxmadığımız zaman o maşını biz idarə etmirik. Maşın sürərkən əl, göz və refleks nəzarəti vacib olduğu üçün diqqət və konsantrasiyanın pozulması baxımdan bu koordinasiyaya təsir edə biləcək hər hansı bir nəsnə təhdid ünsürüdür.

Bakıda “tıxac ile ilgili görsel sonucu

Maşında uşaq varsa, nələrə diqqət etmək lazımdır?

Uşaqlar da maşının içindəki vacib risk qruplarından biridir. Sürməzdən əvvəl öncə maşındakı uşağın təhlükəsizliyi təmin olunmalıdır. Su, yemək və ayaqyolu ehtiyacı ilk sırada həll olunmalı ünsürlərdir. Bundan başqa, uşaqların maşın içərisində istəkləri fərqli ola bilər. Bəziləri maşınları sevdiyi halda, bəzi uşaqlar isə maşından xoşlanmırlar. Bu səbəbdən də səfər qısa və ya uzun da olsa, maşında uşağın ona aid oyuncaqlarından bir neçəsi və ya bir əşyasının yerləşdirilməsi, uşağın səyahət boyunca bunlarla məşğul olması və diqqətini cəmləşdirməsi üçün faydalı ola bilər.

Tıxacda diqqətsiz maşın sürən şəxs digər sürücülər üçün də bir stress səbəbi ola bilərmi? Bu məsələdə nələr edilə bilər?

Nəqliyyatda diqqətsiz maşın sürməyin bir çox nəticəsi ola bilər. Sürücülərdə yaratdığı stresslə yanaşı, bu stressin ortaya çıxardığı hücumçu davranışlar bir çox qəzanın səbəbidir. Ölüm və ya yaralama ilə nəticələnə biləcək, maşın içi və maşın xarici qəzalar, diqqətsizlik və nəqliyyat qaydalarına riayət etməməkdən qaynaqlanmaqdadır. Araşdırmalar göstərir ki, yol qəzalarının 95 faizi sürücüdən qaynaqlanır. Sürücülərin nəqliyyata çıxmadan öncə lazımi bacarıqlara malik olmamaları ilə yanaşı, ruhi vəziyyətləri də qaydasında olmalıdır. Hətta nəqliyyatda tıxac olsa da, qarşılıqlı anlayışla nəqliyyatda düzgün irəliləmək, lazımsız yerə siqnal verməmək, lazımsız yerə zolaq dəyişdirməmək yaşanılan stressi bir az da olsa azalda bilir.

Tıxac saatlarında kimlər nəqliyyata çıxmamalıdır?

Təhlükəsiz maşın sürmək istəyiriksə, xüsusən sürücülükdə özümüz üçün risk təşkil edəcək faktorlara baxmalıyıq. Xarakterimiz özümüzü və dünyanı qavrama şəklimiz, eləcə də stressdən çıxmaq bacarıqlarımız nəqliyyatdakı davranışlarımıza təsir edir. Əsəb nəzarəti pozğunluğu olanlar, hücumçu xarakterə malik olanlar təhlükəsiz nəqliyyat axınına təsir göstərən risk qruplarıdır. Əgər maşın sürülən zaman bu faktorlar davranışlarına və idarəetmə qabiliyyətinə təsir göstərirsə, professional yardım alınaraq, maşın sürməyi həm özləri, həm də çevrələri üçün daha etibarlı hala gətirə bilərlər.

Tıxac yaranır, ölkələr milyardlarla dollar ziyana düşür

Tıxacda iqtisadiyyata dəyən tam ziyan hələlik bilinmir. Amma bunu müxtəlif qurumlar hesablaya bilər. Burada benzin sərfiyyatı ilə yanaşı, avtomobilin ehtiyat hissələrinin dağılması, zaman itkisi, insan səhhətinə dəyən ziyan və sair var. Bir sıra ölkələrdə işdən evə çatmaq üçün normalar mövcuddur. Yəni tıxacın təkcə vətəndaş yox, dövlət üçün də iqtisadi zərəri var. Vətəndaş üçün söhbət yanacaqdan, avtomobildən və ya vaxt itkisindən gedirsə, dövlət üçün bunun zərəri daha böyükdür. Dövlət məcburən vəsaitlərini yol çəkilişlərinə yönəltməli olur. Tıxac olmasa, əlavə yollar, körpülər, keçidlər tikilməz. Bu vəsaiti başqa tərəfə yönəltmək olardı. Tıxacın biznesə də ziyanı var. Daşımalar vaxtında ünvana çata bilmir. Bundan çıxış yolu şəhəri genişləndirmək yox, demoqrafiya məsələsidir. Regionların inkişaf etdirilməsi və insanların paytaxta axınının qarşısını almağı sürətləndirmək lazımdır".

Məlumat üçün qeyd edək ki, Azərbaycan paytaxtından fərqli olaraq artıq tıxac yaranan əksər şəhərlər üzrə bu problemin vurduğu zərər hesablanır. Məsələn, iqtisadi araşdırmalara görə, Britaniya paytaxtı London il ərzində tıxaclar nəticəsində təxminən 8,5 milyard dollar itirir. 2030-cu ildə zərərin həcmi 14,5 milyard dollara yüksələcək. Ümumilikdə isə hazırda ölkə üzrə tıxacların vurduğu zərər 20,5 milyard dollar qiymətləndirilir. ABŞ-da bu göstərici 93 milyard dollara bərabərdir. Hesabatda həmçinin ABŞ-da il ərzində tıxaclara görə vətəndaşlara dəyən zərərin miqdarı da göstərilib. Belə ki, 2014-cü ildə tıxaclar nəticəsində ABŞ vətəndaşlarına dəyən zərərin pulla miqdarı 1,2 milyard dollardır. Tıxacda yanacaq sərfi isə 10,5 milyon litr həcmindədir. Növbəti 10 il üçün rəqəmlərin daha da artacağı proqnozlaşdırılır.

Bakıda “tıxac mövsümü” ile ilgili görsel sonucu

Sürətli şoselər, avtomatlaşdırılmış nəqliyyat sistemi  - çıxış yolu budur?

Bəzi ölkələrin tıxacdan çıxış yolları da var. Yaponiyada tıxacdan çıxış yollarından biri sürətli şoselərin inşası olub. Uzunluğu 71 km olan ilk yol 1963-cü ildə inşa edildi. Bundan başqa, Tokioda yolları yaxşı tanımaq sürücünü tıxaclardan da xilas edə bilir. Belə ki, meqapolisin bir ucundan digərinə çatmaq üçün 8 pulsuz, sürətli yollardan birini seçmək yetərlidir. Yox, əgər, dəhşətli dərəcədə gecikirsizsə, o zaman 4 ödənişli yoldan birini seçmək olur.

Sinqapurda olduğu kimi, Tokioda da nəqliyyatın idarəetmə sistemi bütünlüklə avtomatlaşdırılıb. Şəhər sensor və kameralarla doludur. Bu informasiyalar təkcə yol polisləri üçün deyil. Eyni zamanda sıravi sürücülər də bundan istifadə edə bilərlər. Amma Tokioda sürücüləri daha çox qorxudan cərimələrin çoxluğudur. Şəhərdə özəl kompaniyalardan olan müfəttişlər pozuntulara nəzarət edir. Tutaq ki, maşını səhv parkinq etdiniz. Dərhal maşının üstünə qəbz yapışdırılacaq. İkinci kvitansiyadan söhbət gedə bilməz. Səhv parkinq maşın yiyəsinə 250 dollara başa gəlir. Tokioda hətta velosipedçiləri də cəzalandırırlar.

Tıxac bu şəhərləri əsir alıb

Dünyada tıxacın ən çox olduğu şəhər isə 2017-ci ildə də olduğu kimi, yenə Rusiyanın paytaxtı Moskvadır. Rəqəmlərə görə, şəhər birinciliyini qorusa da, nəqliyyat sıxlığı 2017-ci illə müqayisədə 12 faiz azalıb.

İlk 10-cu sıradakı digər şəhərlər Mexiko, San-Paolo, London, Rio-de-Janeyro, Boston, Sankt-Peterburq və Romadır.

Türkiyənin Ankara və İzmir şəhərləri də 11 və ya 12-ci sırada yer aldı. Ankarada bir sürücü ildə təxminən 5 gününü nəqliyyatda gözləyərək keçirdiyi halda, İzmirdə bu rəqəm 6 günə qədər artır.

Dünyada ən çox tıxac olan şəhərlər siyahısına daxil olan İstanbul Kolumbiyanın paytaxtını da geridə qoyaraq 2-ci sırada yer alıb. 38 ölkədə aparılan araşdırmaya görə, ötən il İstanbulda bir sürücü ildə orta hesabla 6,5 gününü tıxacda gözləyərək keçirib.

 38 ölkənin 220 şəhərində aparılan araşdırmaya görə, İstanbulda 2018-ci ildəki tıxac 2017-ci ilə nisbətən 6 faiz artıb.

2018-ci ildə ən çox tıxac yaranan 25 şəhərin adları bunlardır:

Moskva-Rusiya

İstanbul-Türkiyə

Boqota-Kolumbiya

Mexiko-Meksika

San-Paulo-Braziliya

London-İngiltərə

Rio-de-Janeyro-Braziliya

Boston-ABŞ

Sankt-Peterburq -Rusiya

Roma-İtaliya

Ankara-Türkiyə

Izmir-Türkiyə

Sidney- Avstraliya

Sinqapur-Sinqapur

Berlin-Almaniya

Paris-Fransa

Melburn-Avstraliya

Belo-Horizonte-Braziliya

Vaşinqton- ABŞ

Toronto-Kanada

Quayakil-Ekvador

Madrid-İspaniya

Çikaqo-ABŞ

Brisben-Avstraliya

Medellin-Kolumbiya



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.