banner
banner

Sosİal

“Özlərini xanım kimi aparmırlar”- Sürücü qadınlar DİQQƏT

“Özlərini xanım kimi aparmırlar”-

“Bəzi xanım sürücülər xanımlığından istifadə edirlər”.

Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Son vaxtlar sərxoş halda avtomobil idarə edən xanım sürücülərin artdığını deyən DYP əməkdaşı qayda pozan sürücülərə qədər ciddi tədbirlərin görüləcəyini deyib. “Əslində bu qanun pozuntusu ilə bərabər bizim mentalitetimizə də zidd bir əməldir. Sükan arxasında kim olursa-olsun, törətdiyi xətaya görə məsuliyyətə cəlb ediləcək. Spirtli içkinin təsiri altında sükan arxasında əyləşən xanımlar var ki, polisin qanuni saxlama işarəsinə əhəmiyyət vermək istəmirlər. Unutmasınlar ki, xanımlar arasında polisin qanuni tələbini yerinə yetirilməməsinə görə, həbs cəzası alanlar da olub. Xanım özünü xanım kimi aparmalıdır. Təəssüflər olsun ki, özlərini əsl Azərbaycan xanımı kimi aparmayanlara da rast gəlirik. İçkili halda polis əməkdaşının qanuni tələbini yerinə yetirməmək müzakirə edə bilməz. Qanunun tələblərini hər kəs yerinə yetirməlidir”. 
Xatırladaq ki, paytaxtda bu ilin 3 ayı ərzində avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. 
Qaydaları pozanlar arasında zərif cinsin nümayəndələrinə də rast gəlinib. 120-dən artıq xanım sürücü içkili halda sükan arxasında əyləşdiyi üçün inzibati məsuliyyətə cəlb olunub və barələrində protokol tərtib edilib. Sürücülər arasında sərxoşluq faktının ötən illə müqayisədə daha da artdığı bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.