banner
banner

Sosİal

Azərbaycanın məşhur universitetindən qadağa

Azərbaycanın məşhur universitetindən qadağa

Azərbaycan Dövlət İqtisad Universitetində “İşçilərin universitetdaxili intizam qaydaları” və “Tələbələrin universitetdaxili intizam qaydaları” qüvvəyə minib. Universitetdən ANS PRESS-ə verilən məlumata görə, qaydalar iyun ayından işçilərlə tələbələrin müzakirəsinə verilmişdi.

Təhsil Nazirliyinin müvafiq qaydaları nəzərə alınmaqla hazırlanan sənədə görə universitetin professor-müəllim heyəti peşə fəaliyyətini yerinə yetirmək müqabilində tələbələrdən və ya onların yaxınlarından hər hansı maddi və ya qeyri-maddi nemətlər tələb etməməli, bu tipli təkliflər olduqda da onları rədd etməli, şəxsi həyatında əxlaq və ictimai davranış normalarına riayət etməlidir.

Bu qaydalara görə dərs zamanı auditoriyalarda mobil telefonlardan istifadə etmək, zəngdən sonra auditoriyaya girmək, dərs zamanı auditoriyanı tərk etmək, məşğələ zamanı dəhlizlərdə ucadan danışmaq, səs-küy salmaq, kitabxanalarda oxuculara mane olacaq səviyyədə danışmaq, qadağan olunmuş yerlərdə siqaret çəkmək, spirtli içkilər içmək və ya spirtli içki içərək universitet binasına daxil olmaq, dəhlizləri və auditoriyaları zibilləmək, universitetdə dərs verdiyi tələbələrə ödənişli əsaslarla xüsusi dərslər vermək, vəzifəsinin icrasında dil, irq, cinsiyyət, siyasi baxış, fəlsəfi inanc, din və məzhəb ayrı-seçkiliyinə, ayrı-ayrı fərdlərin fayda və zərərinə səbəb olan davranışlar nümayiş etdirmək qadağandır.

Sənəd həmçinin birbaşa və vasitəçi əli ilə hədiyyə istəməyi və vəzifə başında olmasa belə üstünlük və fayda təmin etmək məqsədilə hədiyyə qəbul etməyi, ayrı-ayrı şəxslərdən və tələbədən borc istəməyi və ya almağı, ideoloji, siyasi, dağıdıcı, separatçı məqsədli fəaliyyətlər göstərməyi və ya bu fəaliyyətləri dəstəkləməklə universitet və onun strukturlarının asayişini, əmək intizamını pozmağı, başqasının elmi əsərini və ya tədqiqatını bütövlükdə və ya onun bir hissəsini mənbə göstərmədən öz əsəri kimi qələmə verməyi, peşə fəaliyyətini həyata keçirərkən açıq şəkildə rüşvət istəmək və korrupsiya xarakterli davranışlara yol verməyi yasaq edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.