Dünyaca məşhur müğənni Selena Qomez 2015-ci ildə sevgili olduğu moda brendlərindən birinin meneceri Semuel Krestlə Nyu-York küçələrində görüntülənib.
Axşam.az xəbər verir ki, cütlük ayrılsa da, tez-tez görüşür və birlikdə əyləncəli vaxt keçirirlər.
Budəfəki görüş sənətçinin pərəstişkarlarını həyəcanlandırsa da, Selena onların sevincini yarımçıq qoyub. Belə ki, o, İnstaqram hesabında yalnız olduğunu və iki ildir heç kimlə görüşmədiyini yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.