banner
banner

Gündəm

Əvəz Zeynallını Vergilər Nazirliyinə çağırdılar: məhdudlaşdırma qaldırılır - SON DƏQİQƏ

Əvəz Zeynallını Vergilər Nazirliyinə çağırdılar:

Vergi borcunun olması səbəbi ilə ölkədən çıxışına məhdudiyyət qoyulan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Vergilər nazirliyinə (indiki statusu ilə İqtisadiyyat nazirliyi) dəvət olunub.

Musavat.com xəbər verir ki, bu barədə baş redaktor özü məlumat yayıb: "... 4 idarə rəisinin iştirakı ilə müzakirə apardıq. İsrarla dedilər ki, qərəz, sifariş və şəxsi məsələ ilə əlaqədar deyil məhdudlaşdırma. Mən də arqumentlərimi dedim, onlar da dedilər. Əsas məsələ dərhal məhdudlaşdırmanın qaldırılmasıdır. Dedilər, olacaq. Səhər saat 12.00-da bir də görüşəcəyik. Vəkilimlə gedəcəyəm..."

Xatırladaq ki, Əvəz Zeynallı Türkiyəyə getmək istəyərkən dünən hava limanından geri qaytarılıb. Buna da səbəb guya üzərində vergi borcunun olması göstərilib. Jurnalist bu faktı qərəzli və siyasi sifariş olaraq qiymətləndirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.