Ana olmağa hazırlaşan kök model Eşli Qraham övladının cinsiyyətini açıqlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qatıldığı proqramda hamiləliyi barədə danışan 32 yaşlı model yanvarda oğlunu qucağına alacağını deyib.
Castin Ervin ilə 9 illik evli olan Eşli hər zaman qalmaqallı açıqlamaları ilə adından söz etdirir. "Ərim ilə tanış olanadək Nyu-Yorkun yarısı ilə yatmışam" deyən modelin bu sözləri uzun müddət müddət medianın gündəmindən düşməmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.