2015-ci ildə vəfat edən rusiyalı müğənni Janna Friskenin əri yenidən evlənməyə hazırlaşır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Dmitri Şepelyev biznes-ledi sevgilisi Yekatrina Tulupovaya evlilik təklif edib. Cütlüyün nişanı bir neçə gün öncə keçirilib. Onlar sadə nikah mərasimi edəcəklərini bildiriblər.
Qeyd edək ki, Dmitrinin mərhum sənətçidən olan 6 yaşlı oğlu ilə Yekatrinanın ilk ərindən olan qızı da onlarla birlikdə yaşayacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.