Aktyor Çağatay Ulusoy hekayəsi özünə aid olan "Azadlık Saka" adlı filiminin hazırlıqlarını yarımçıq qoyub.
Axşam.az xəbər verir ki, aktyor senarisini dostu Tolqa Aydınla birlikdə yazdığı filmi üçün rejissor kürsüsünə oturmağa hazırlaşırdı. "Azadlık Saka" üçün məkanlara baxan Çağatay eyni zamanda aktyor seçimlərini də edib.
Hətta o, "İçerde" serialındakı tərəf müqabili Nebil Sayına təklif də götürüb. Amma sənətçi bütün bunları yarımçıq qoymaq məcburiyyətində qalıb. Bunun səbəbi hələ açıqlanmasa da, aktyor məcbur bu addımı atdığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.