Bakı Şəhər İcra Hakimiyyəti 115 saylı bağçada baş verən hadisə ilə bağlı açıqlama verdi. BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova açıqlamasında bildirib ki, İcra Hakimiyyəti baxçada uşaqlara köhnə məhsulların verilməsi faktını araşdıracaq. "Məsələ artıq rəhbərliyin diqqətinə çatdırılıb. Fakt ciddi şəkildə araşdırılacaq", - deyə Nailə Məmmədova bildirdi. Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 115 saylı baxçada uşaqlara vaxtı ötmüş ərzaqlar verilir. Belə ki, baxçada dünən uşaqlara iylənmiş ət veriblər. Valideynlər bu barədə şikayət ediblər. Onların sözlərinə görə, bu baxçada belə bir faakt uzun müddətdir ki, mövcuddur.
Bundan başqa bağçada uşaqlara verilən xamanın martın 20-də istifadə müddəti bitib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.