banner
banner

Gündəm

Qardaşları Əlövsət Əliyevin həbsindən danışdılar - gələn həftə buraxıla bilər

Qardaşları Əlövsət Əliyevin həbsindən danışdılar -

Şahbaz Xuduoğlu: “Gələn həftə məsələ həll olacaq”

Almaniyada miqrant alveri ittihamı ilə saxlanılan azərbaycanlıların talelərinin necə olacağı hələ də sual altındadır. Həbs edilənlərdən biri də “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. Hüquq müdafiəçisinin qardaşlarından onun son durumu, Almaniyaya gedib-getmədikləri ilə maraqlandıq.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Almaniyaya getməyi düşünmür: “Bu ailə söhbətidir. Mətbuata aidiyyəti yoxdur, gedən olub, yoxsa yox. Amma Almaniyada yaşayan ailə üzvləri, vəkili görüşüblər. Vəkilin dediyinə görə, hər şey qaydasında olacaq. Çünki o, alman qanunları çərçivəsində işləyib. Açığı, özüm Almaniyaya getməyi hələ ki düşünmürəm. İmkan olanda gedərəm.

 

İlgili resim

Almaniya elə ölkədir ki, orada son söz qanunundur. Qanun necə tələb edirsə, bu çərçivədə məsələyə baxılacaq. Onun qanun pozuntusu etmədiyini düşündüyüm üçün çox da narahat deyiləm”.

Əlövsət Əliyevdir Şahbaz Xuduoğlu ile ilgili görsel sonucu

Ə.Əliyevin digər qardaşı, “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlu onun gələn həftə buraxıla biləcəyini qeyd etdi: “Bizim ailədən Almaniyaya gedən olmayıb. Ailə üzvləri oradadır. Noyabrın 27-də görüşüblər. Hər şey qaydasındadır. Yəqin ki, gələn həftə məsələ həll olunacaq. Doğrusu, getmək istəyirdim. Amma gələn həftə çıxmaq ehtimalı var. Ona görə də getməyə dəyməz. Həm də ki gərək onunla görüşmək imkanı olsun. Əvvəlcədən hər şey razılaşdırılmalıdır. Yoldaşı və uşağı ilə görüşüb. Özü baş verənlərdən narahat deyil. Yəqin ki, çıxandan sonra bu məsələlərə aydınlıq gətirəcək. Almaniyada qanunvericiliyin tələbləri var. Vəkil deyib ki, qanunla gələn həftə onun buraxılmaq ehtimalı var. O istiqamətdə vəkil çalışır. Bunun hansı yollarla olacağı alman  qanunlarının verdiyi imkanlarla baş tuta bilər”.

Ş.Xuduoğlu qardaşının ümumi durumunun normal olduğunu söylədi: “Deyilənə görə, saxlanma şəraiti yaxşıdır. Saxlanıldığı yerdə kitabxana var, ondan faydalanır. Ailəsi, Bakıdakı yaxınları ilə maraqlanıb. Ailəsi ilə görüşdən sonra əhvalı daha da yaxşı olub. Özünü sabit hiss edir. Elə bir xüsusi narahatlığı yoxdur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.