banner
banner

Sosİal

Haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir: "Bundan sonra..."

Haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir:
Milli Məclisdə  “Haqsız rəqabət haqqında” qanunun 12-ci (Maliyyə sanksiyaları) maddəsinə əlavə və dəyişikliklər müzakirə edilib. Cia.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir, yeni sanksiyalar tətbiq olunur.
Maddənin birinci hissəsinə edilən dəyişikliyə əsasən, artıq tək “bazar subyektlərində qanunsuz əldə olunmuş gəlir” aşkarlandıqda yox, “ümumiyyətlə, haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlir” aşkarlandıqda, iki misli həcmində maliyyə sanksiyası tətbiq ediləcək.
Bundan başqa, maddəyə yeni bənd də əlavə edilir. Yeni bəndə görə, “Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçirilir”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.