Bir müddətdir yeni albom hazırlığı üçün ailəsi ilə birlikdə Londonda yaşayan müğənni Gülşən konsert üçün Türkiyəyə qayıdıb.
Axşam.az xəbər verir ki, otelin təşkil etdiyi partidə səhnəyə çıxan sənətçi geyimi ilə hər kəsi özünə heyran qoyub.
Sinə dekolteli və dərin yarıqlı dəri paltar geyinən müğənninin konsertdən fotoları sosial şəbəkədə də paylaşılıb. İzləyicilər onun ünvanına "Gülşən bizi yandırıb-yaxdın", "Çox gözəlsən" kimi rəylər yazıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.