Aktyorlar Furkan Andıçla eşq yaşadığı deyilən aktrisa Aybüke Pusat açıqlama verib.
Axşam.az xəbər verir ki, gecə klubunda olan aktrisa onu görüntüləyən media nümayəndələrinin suallarını cavablandırıb.
O, yaxın dostu Dilan Çiçek Denizin keçmiş sevgilisi Furkanla eşq yaşaması haqda sözlərə "Çox yaxın dostumdur. Dostlarımızla birlikdə tətilə getdik. Özəl həyatımdır. Danışmaq lazım olsa, Dilanla danışacam" reaksiyasını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.