banner
banner

Gündəm

Fəhmin Hacıyev Ukraynaya geri qaytarıldı

Fəhmin Hacıyev Ukraynaya geri qaytarıldı

Daşqın Ağalarlı isə Polşanın Qdansk aeroportunda  saxlanılıb

Hazırda Ukraynada yaşayan Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev yanvarın 6-dan 7-nə keçən gecə Bakı Beynəlxalq Hava limanı vasitəsilə Azərbaycana gəlib və saxlanılıb. Bu haqda xəbəri “Yeni Müsavat”a onun yaxınları verib. Deyiblər ki, Fəhmin Hacıyev hava limanının önündəcə polis nəfərləri tərəfindən saxlanılıb və Daxil İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb.

“Təxminən günorta 3-ə qədər saxlayıblar. 4-ün yarısı isə artıq Türkiyəyə uçan təyyarədən özü zəng elədi. Dedi ki, onu geri, Ukraynaya qaytarıblar. Lakin Ukraynaya reys olmadığı üçün onu Türkiyəyə göndəriblər ki, oradan Ukraynaya getsin” - bu sözləri “Yeni Müsavat”a Fəhmin Hacıyevin dostu Fikrət Eyyubov deyib. Onun sözlərinə görə, Fəhmin Hacıyev Bakı Hava limanında saxlanılarkən onun yanında olub: “Təxminən 6 ay əvvəl Azərbaycana gəlmişdi. İndiki gəlişi də Yeni ildə anasını görməkdən ötrü idi. Saxlayıb geri qaytardılar. Bunun səbəbini bizə demədilər. Fəhmin Hacıyev Ukraynaya çatandan sonra özü yəqin ki, bunun səbəbləri haqda xəbər verər”.

İlgili resim

Xaricdə yaşayan daha bir azərbaycanlı Norveçdən siyasi sığınacaq almış Daşqın Ağalarlı Polşanın Qdansk aeroportunda İnterpol tərəfindən saxlanılıb. Ona Azərbaycana deportasiya olunacağı deyilib.

Bu barədə hazırda Qdansk aeroportunda saxlanılan Daşqın Ağalarlının özü “Amerikanın səsi”nə müsahibəsində bildirib.  “Mən bunlara deyirəm ki, İnterpolla bağlı beş il əvvəl həbs olunmuşam, bəraət almışam. Sizin axtardığınız pasport məndə yoxdur, məndə Norveçin pasportudur. Onlar deyir, bunu aydınlaşdırmalıdırlar. Guya indi onlar məni Azərbaycana deportasiya etməlidirlər. Mən Norveçdən dekabrın 26-da çıxmışam, 4 ölkə gəzmişəm. Bu gün Norveçə qayıdırdım. Artıq təyyarə reysim keçdi,” - o qeyd edib.

Daşqın Ağalarlı ile ilgili görsel sonucu

Daşqın Ağalarlı bundan öncə 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanılıb. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyib. Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını əsas göstərərək onu İnterpol xətti ilə axtarışa verib. Ağalarlı 6 ay Tiflis təcridxanasında saxlanılıb. Ancaq Tiflis Şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən azadlığa buraxılıb. Daşqın Ağalarlı Azərbaycanda milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanılıb, sonra sərbəst buraxılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.