"Aşk-ı Memnu" serialındakı Hilmi Önal obrazı ilə məşhurlaşan aktyor Recep Aktuğ dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, 65 yaşlı aktyor uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Recep Aktuğun ölümü haqda özünün İnstaqram səhifəsində yaxınları yazıb. Atasının ölüm xəbərini "Twitter"də yazan Zeynep Aktuğ isə "Canım atam, Recep Aktuğu itirdik" sözlərini qeyd edib.
Qeyd edək ki, Recep "Aşk-ı Memnu"da Firdevsin qudası obrazında oynayırdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.