Hollivud ulduzu Ember Herd jurnalistlərə müsahibəsində yeni sevgilisinin olduğunu söyləyib.
Axşam.az xəbər verir ki, bir müddət əvvəl biseksual olduğunu deyən aktrisa həmcinsi, prodüser Byanko Butti ilə eşq yaşadığını etiraf edib. Cütlüyün tez-tez səmimi münasibətdə göründüyü də bildirilir.
Qeyd edək ki, Ember 2015-2017-ci illər aktyor Coni Deplə evli olub. Boşandıqdan sonra bir il milyarder Elton Maskla sevgi yaşayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.