Kamaləddin Qafarov Xutor və Rəsulzadə qəsəbələrində seçicilərlə görüşmüşdür - FOTOLAR
9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd Kamaləddin Qafarovun seçkiqabağı təbliğat və təşviqat tədbirləri davam edir. Yanvarın 19-da K.Qafarov öz seçki qərargahının bir qrup üzvü ilə Binəqədi rayonunun Xutor qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin qonağı olmuşdur. I qrup əlil Lətif Abdullayev ailə üzvlərinin güzəranı ilə maraqlandığı, onlara baş çəkməyə gəldiyi üçün Kamaləddin Qafarova öz minnətdarlıını bildirmişdir. Çay süfrəsi arxasında səmimi söhbət zamanı Milli Məclis deputatlığına namizəd ötən müddət ərzində ölkəmizdə görülən işlər, qarşıda duran vəzifələrdən danışmış, ailənin qayğı və problemləri ilə tanış olmuşdur. Güllüzar Abdullayeva ərinin və oğlu Emil Abdullayevin birinci qrup əlil olduğunu, dövlətin önların müalicəsi və sosial problemlərinin qarşılanması üçün lazım olan bütün tədbirləri gördüyünü və ailənin rifahının son dövrlərdə daha da artdığını bildirmiş, dövlətimizə qayğı və diqqətə görə minnətdarlığını bildirmişdir. Kamaləddin Qafarov Abdullayevlər ailəsinin çətinliklərinin qarşılanmasının, əlillərin tədrici reablitasiyası üçün tədbirlərin görülməsinin dövlətimizin prioritet fəaliyyət istiqamətinin olduğunu vurğulamışdır. K.Qafarov həmin gün M.Ə.Rəsulzadə qəsəbəsində, Arif Hüseynov adına küçədə yaşayan I qrup əlil Zinaida Unayeva və ailəsi ilə də görüşmüşdür. Zinaidanın anası Füruzə xanım Kamaləddin müəllimi səmimi qarşılamış, onu evlərində görməkdən məmnun olduğunu bildirmişdir. K.Qafarov serebral iflic səbəbli ayaq hərəkətlərində problemlər olan Zinaida ilə ətraflı söhbət etmiş, onun hökmən sağalıb ayağa qalxaraq əmək qabiliyyətli insan olacağına inam ifadə etmişdir. Kamaləddin müəllim bunun üçün əlindən gələcəyini əsirgəməyəcəyini, hətta sağaldıqdan sonra onun işlə təmin olunacağına dair söz vermişdir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.