Ötən gün Azərbaycan ərazisində zəlzələ baş verib. Cia.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 13.35-də meydana gəlib. Yeraltı təkanlar Cəlilabaddan 33 km şimal-qərbdə, Biləsuvar rayonunda qeydə alınıb. Maqnitudası 3 bal gücündə olan zəlzələ 25 km dərinlikdə qeydə alınıb. Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda martın 30-da Şamaxı rayonunda zəlzələ baş vermişdi.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.