Prodüser Tarix Əliyev (Tolik) birlikdə çalışdığı xalq artisti Aygün Kazımova və küsülü olduğu müğənni Röya Ayxanla bağlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, Tolik şou-biznesdə hər iki ifaçının rəqibi olmadığını iddia edib:
“Başa düşdüm ki, neçə illərdir Aygün və Röya şou-biznesin aparıcı qüvvələridir. Kim nə istəyir desin, məni qınasın fikrim dəyişməyəcək. Aygün və Röyanın yanında üçüncü ad görmürəm. Əminliklə deyirəm ki, hələ gələcək on ildə də olmayacaq. Nə etsələr də alınmır, indikilər ancaq onları təkrarlayırlar. Yenilik edən yoxdur. Ulduzluq hər insana nəsib olmayıb. Hələ 12 ildir heç özümə də rəqib görmürəm. Özlərin nə qədər ağıllı aparsalar da prodüserlik sahəsində imzanı mən atmışam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.