banner
banner

Gündəm

Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb

Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb

AMEA-da “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb.

Trend-in məlumatına görə, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, “Elmi kadrlar” Milli İnformasiya Sistemi ölkə Prezidentinin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb.

R.Əliquliyev qeyd edib ki, 2019-cu ilin martından başlayaraq, bu işin elektronlaşdırılması həyata keçirilib və ötən ilin oktyabr ayında layihə Rəyasət Heyətinə təqdim olunub:

"Bu sistem institunun saytında yerləşdirilib. Həmin sistemin bir hissəsi AMEA-nın saytında yerləşdiriləcək. Bu sistem vasitəsilə elmi işçilər özləri haqqında müxtəlif istiqamətlər üzrə suallara cavab verəcəklər. Ancaq sistemdə bütün elmi işçilər haqqında deyil, elmi fəaliyyət ilə məşğul olan kadrlar haqqında məlumat olacaq. Sistemdə fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq".

 

Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev qeyd edib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyatı qurumlar faydalana biləcək.

R.Əliquliyev əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.