banner
banner

Sosİal

Azərbaycanda məktəblər qışa hazırdır? - VİDEO

Azərbaycanda məktəblər qışa hazırdır?

Məktəblərdə qışda soyuqla mübarizə aparmağın yolu isə istilik sistemlərinin işlək vəziyyətdə olmasıdır.

Bunu da təhsil ocaqlarının rəhbərlikləri göz önünə alaraq deyəsən indidən fəaliyyətə keçiblər.

ANS TV-nin məlumatına görə, havalar soyumağa doğru getdikcə məktəblərdə sinif otaqlarını qızdırmaq üçün istiliyə təlabat yaranmaqdadır.

Bunu da ödəmək üçün məktəb ərazisində quraşdırılan qazanxanalar fəaliyyət göstərir. Düzdür hələ qış rejiminə keçid başlamayıb. Amma buna sayılı günlər qaldığına görə hazırlıq prossesinin necə getdiyini öyrənmək üçün yollandıq paytaxdın bir neçə təhsil müəssisəsinə. İlk olaraq baş çəkdiyimiz təhsil ocağı Səbail rayonunda yerləşən 7 saylı orta məktəb oldu. Siniflərin bir neçəsinə baxış keçirdik və istilik sistemlərinin mövcudluğunu gördük. Onların hansı vəziyyətdə olduğunu və eyni zamanda qazanxananın qışa hazırlığını öyrənmək üçün həmin məkana nəzər saldıq.

Qazanxanaya nəzarət edən işçi bildirdi ki, məktəb qışa tam hazırdır. Qazanxananın işində heç bir çatışmazlıq yoxdur.

Daha sonra yollandıq Nərimanov rayonunda yerləşən 200 saylı orta məktəbə. Burada da sinif otaqlarına baxış keçirdik və məktəb rəhbərliyi bildirdi ki, sinif otaqlarının hamısında istilik sistemləri quraşdırılıb. Qışa hazırlıqla bağlı heç bir problem yoxdur. Amma məktəbin öz qazanxanası olmadığı üçün təhsil ocağının isidilməsini, ərazidə yerləşən 95 saylı qazanxana təmin edir. Ora daxil olmağa icazə verməsələr də, sahə rəisi şifahi olaraq bildirdi ki, onlar da qışa hazırdır və nə vaxt “Azəristilik”dən göstəriş olarsa, qazanxana işə düşəcək. Məsələ ilə bağlı “Azəristilik təhcizat” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, “Azəristilik təhcizat” ilə müqaviləsi olan məktəblər istiliklə təmin ediləcək.

Xatırladaq ki, qış rejiminə keçidlə əlaqədar olaraq paytaxda bütün qazanxanalar noyabr ayının 15-dən işə düşəçək və aprel ayının 15 kimi davam fəaliyyət göstərəcək.

ANN.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.