banner
banner

Sosİal

Baş beyində qansızma olan xəstə əməliyyat edilib

Baş beyində qansızma olan xəstə əməliyyat edilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında beyninə qansızma olan xəstə uğurla əməliyyat olunub. Neyrocərrah, dosent Rəşad Xəlilzadənin sözlərinə görə, xəstə 52 yaşlı qadın olub.

“Xəstə Yevlax rayonundan klinikamıza şüursuz halda, koma vəziyyətində çatdırılıb. Müayinələr nəticəsində baş beyinə qansızma aşkarlanıb. Qansızmanın mənbəyini müəyyənləşdirmək üçün biz kompüter tomoqrafik angeoqrafiya apardıq. Bu müayinənin özünün də unikallığı var. Müayinə nəticəsində baş beyin arteriyalarının anevrizması, yəni damar divarının şar şəkilli böyüməsi aşkar olunub”.

R.Xəlilzadənin sözlərinə görə, divarın böyüməsi nəticəsində damarın partladığı və beyinə qan sızdığı aşkarlanıb. Buna görə də TCK həkimləri əməliyyata qərar veriblər.

Əməliyyat 4 saat davam edib. Bu zaman anevrizmanın boynuna klip yerləşdirilib. Xəstə bir müddət reanimasiyada qaldıqdan sonra evə buraxılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.