banner
banner

Gündəm

600-dən çox iranlı Azərbaycana gələcək

600-dən çox iranlı Azərbaycana gələcək

"KİV-də koronavirus təhlükəsi ilə əlaqədar Türkiyənin İranla sərhədi bağladığı barədə yalan məlumat yayılıb. Bu sərhəd açıqdır, sadəcə hər iki tərəfdə keçid məntəqəsindən keçən insanlara tibbi və epidemioloji nəzarət mövcuddur".

CIA.AZ xəbər verir ki, bunu “virtualaz.org”a açıqlamasında İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi deyib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.

"İranlılar diplomatik nümayəndəliyin vizası ilə Azərbaycana əsasən, Bakıdan tranzit olaraq üçüncü ölkələrə getmək üçün gəlirdilər.

Bu cür turistlər Azərbaycana gələn iranlı turistlərin ümumi sayının bir faizindən azını təşkil edirlər. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur", - deyə şirkət rəhbəri qeyd edib.

Onun sözlərinə görə, indiyədək 600-ə yaxın iranlı Bakıda və Naxçıvanda keçiriləcək Novruz Bayramına turlar alıb. Müxtəlif səbəblərdən yalnız 6-7 ailə Azərbaycana səyahətini ləğv edib.
İranlı turistlərin Azərbaycan tərəfi ilə qəbulunda problem yoxdur. Otellər, tur masaları və istirahət bölgələri iranlı qonaqları qəbul etməyə hazırdırlar.

"Təəssüf ki, xarici KİV-lər hipertrofiyaya meyillidirlər və bəzən İrandakı koronavirus ilə bağlı məlumatları təhrif edirlər.

İranın bütün sərhədləri, İraqla bir neçə keçid məntəqəsindən biri istisna olmaqla, Türkiyə və Pakistan ilə açıqdır.

İranın quru yolu ilə əsas turizm çıxışı Türkiyə və Azərbaycanadır. Şirkətimiz həmçinin iranlılar üçün Türkiyənin Van, Trabzon və başqa bölgələrinə də turlar təşkil edir.

Türk turoperatorları və rəsmi qurumlar sərhədin hər zamankı kimi açıq olduğunu bildirirlər", - deyə Cahadi vurğulayıb.

Onun sözlərinə görə, İranın özündə, ölkəyə gələn və ölkədən gedənlərin hamısı dünya miqyasında standart koronavirus müayinəsindən keçirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.