banner
banner

Sosİal

Bakı şəhər Dezinfeksiya Mərkəzi: Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır

Bakı şəhər Dezinfeksiya Mərkəzi:

"Koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə onun 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Təşvişə ehtiyac yoxdur, koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır".

APA xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov deyib. O bildirib ki, qalıcılıq qabiliyyətinə görə bu istiqamətdə təxirəsalınmaz əks-epidemik dezinfeksiya işləri təcili aparılır: "Burada Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən daim istifadə olunur. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir. Bəzən valideynlər təşvişə düşürlər. Bu, o demək deyil ki, əks-epidemik tədbirlər hər hansı epidemik göstəriş olanda həyata keçirilir. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq nəticəsində demək olar ki, yanvar ayının əvvəlindən hər yerdə bu tədbirlər görülür".

E.Məmmədov qeyd edib ki, bu tədbirlər iş qrafikindən asılı olaraq tədris gününün sonunda aparıldığına görə gözə çarpmır: "Nazirlər Kabinetinin son qərarı bu işlərin daha da sürətlənməsinə səbəb oldu. Az müddət ərzində bütün tədbirlər planı həyata keçiriləcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.