banner
banner

Gündəm

Sabiq baş nazirin zabit kürəkəni həbs olundu

Sabiq baş nazirin zabit kürəkəni həbs olundu

Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynovun niyə həbs edildiyi barədə rəsmi bilgi verilmir; Şəmsəddin Xanbabayev faktı təsdiqləyib

DTX vəzifəli şəxslərin qanunsuz əməllərini ifşa etmək istiqamətində növbəti əməliyyat keçirib.

Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki nəfər saxlanılıb.  E. Hüseynov Xaçmaz rayonun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir. Ş.Xanbabayev unikal.org-a açıqlamasaında faktı təsdiqləyib: “Bəli, saxlanılan şəxs kürəkənimdir. Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.

Yada salaq ki, Şəmsəddin Xanbabayev əslən naxçıvanlıdır tanınmış şəxslərdəndir. 1976-cı ildə Naxçıvan MR kommunal təsərrüfatı nazirinin müavini, 1977-ci ildə Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

Şəmsəddin Xanbabayev ile ilgili görsel sonucu

2004-cü ilin oktyabrında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ilin oktyabrınadək bu vəzifədə çalışıb.  İşdən çıxarılandan sonra isə YAP rayon təşkilatının sədri seçilib.

Sabiq baş nazirin 1 oğlu, 1 qızı var. Samir Xanbabayev polis zabitidir.

Şimal Ərazi Baş Gömrük İdarəsində bir rəis müavini postu olub ki, bu vəzifəni Emil Hüseynov icra edib. Ondan başqa daha bir gömrük zabiti ümumi şöbəyə rəhbərlik edir.

Şimal Ərazi Baş Gömrük İdarəsinin son əməliyyatı haqda məlumat martın 5-də yayılıb. Bildirilir ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz C 180" markalı avtomobil saxlanılıb. Daha sonra nəqliyyat vasitəsi rentgen aparatında yoxlamadan keçib. Yoxlama zamanı avtomobilin arxa oturacağının və yük yerindəki örtüklərinin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 2830 ədəd həb, 590 ampul dərman preparatları, 90 ədəd isə dərman preparatları üçün boş qutu və plastik qablar aşkarlanıb.

Səfər Mehdiyev ile ilgili görsel sonucu

Səfər Mehdiyev DGK sədr təyin edildikdən sonra bu sahədə ciddi irəliləyiş olub. Xüsusilə də gömrük əməkdaşlarının sırasında rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılıb. Ötən ay keçirilən müşavirədə də komitə sədri 2020-ci ildə gömrük işinin daha da səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən danışıb, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımların cari ildə də prioritet olacağını, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsini təmin edəcək innovativ layihələrin həyata keçiriləcəyini bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.