banner
banner

Sosİal

Virusologiya şöbəsinin müdiri: “Temperatur artdıqca virusların yaşama şansı azalır”

Virusologiya şöbəsinin müdiri:

“İmmunitet genetik faktorlarla çox bağlıdır. Yəni, immunitetin normal, sağlam olması birbaşa genetik məsələlərlə əlaqədardır. Sağlam immuniteti olan şəxsdə nəinki koronavirus, digər yoluxucu, somatik xəstəliklərin gedişi və nəticəsi yaxşı olur. İmmunitet sistemində problem olan insanlarda isə bütün xəstəliklər, o cümlədən virus infeksiyalarının yoluxması və gedişi birmənalı deyil”.

Bunu APA-ya açıqlamasında Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova deyib. O bildirib ki, immun sistemini yoxlamaq üçün müəyyən müayinələr aparılmalıdır. Bunun üçün immun diaqnostika deyilən diaqnostik üsullar var: “İmmunitetin müəyyən göstəriciləri var. Bu göstəricilərlə hansısa şəxsin immun sistemində problem olduğunu demək olar. Artıq xərçəng xəstəliyinin də immun sistemi ilə əlaqəsi məlumdur. Genetik meyllilik varsa, o insanlarda xərçəng xəstəliyi olur”.

Həkimin sözlərinə görə, koronavirus infeksiyası ilə bağlı 1936-cı ildən başlayaraq ABŞ, İngiltərə, Almaniya və digər Avropa ölkələrində elmi işlər aparılır: “Bu, yeni yaranmış bir virus deyil. Əslində bu virus və onun törətdiyi infeksiyalar keçən əsrin əvvəllərindən məlumdur və intensiv araşdırılır. Sadəcə birdən baş verən infeksiya bütün dünyada ajiotaj yaratdı. Bu virusların ətraf mühitdə qalması bir sıra amillərdən asılıdır. Birinci iqlim faktorudur, yəni alimlərin tədqiqatları göstərib ki, bu viruslar 0-18 dərəcədə temperaturda ətraf mühitdə 4-11 günə qədər qala bilir. Temperatur artdıqca bu virusların yaşama şansı azalır, inaktivləşmə gedə bilir. Bu viruslar ilin soyuq aylarında, mənfi temperaturda daha yaxşı qalır. Virusun torpaqda yaşaması ilə bağlı isə konkret tədqiqatlar yoxdur. Ətraf mühitdə, bərk əşyalarda, müəyyən yumşaq səthlərdə həmin virusların qalma müddəti öyrənilib. Məsələn, ultrabənövşəyi şüaların inaktivləşdirici təsirləri müəyyən edilib. Bu da dəqiq deyil. İnaktivləşdirici təsir var, amma burada da müəyyən şərtlər var. Təsir 3-4 saat ərzində olmalıdır”.

L.Rüstəmova qeyd edib ki koronavirus hissəcikləri aerozol şəklində ətraf mühitdə 8-10 saat ərzində qala bilir: “Koronavirusdan qorunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) irəli sürdüyü tövsiyələr var. İlk baxışdan bu tövsiyələr çox sadə, bəlkə də gülünc görünür. Əslində isə bu tövsiyələrin arxasında böyük epidemik prosesin qarşısının alınması məqsədi durur. Yəni, şəxsi gigiyena qaydalarına əməl etməkdən əlavə, hər bir şəxs özündə yüksək hərarət, öskürək, zökəm halları, xüsusilə təngnəfəslik hiss edərsə, dərhal həkimə müraciət etməlidir. Polimeraz zəncirvarı reaksiyasında bu virus təsdiqləndikdən sonra həmin şəxslə təmasda olanlar dərhal təcrid edilməlidir. Əsas yol budur. Həmçinin 70 faizli spirtin bu viruslara öldürücü təsiri olduğu bildirilir. İndiki spirtlər 95 faizlidir, demək bunların da təsiri var. Bundan başqa, xlor tərkibli məhlullar, 1 faizli fenol, 10 faizli soda məhlulu da virusa öldürücü təsir göstərir”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.