Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC Hökumətin tapşırığı əsasında dünyanın müxtəlif ölkələrindən azərbaycanlıların Vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən avtobuslarla Naxçıvana gəlmiş 165 Azərbaycan vətəndaşı çatdırılıb. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.
Mart ayının 22-də Minsk, Moskva, London və Nyu York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə, 333 vətəndaş ölkəyə gətirilib.
Bu gün Azərbaycanın 95 vətəndaşını daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.
Martın 23-də Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və Lvovdan əlavə reyslərin həyata keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.
Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.