banner
banner

Sosİal

Lerikli sahibkardan örnək addım - Rayonda karantində olanlar üçün dana kəsdi

Lerikli sahibkardan örnək addım -

“Lerikli fermer Fərzəli Şahbazov “Relax” istirahət mərkəzinin rəhbərliyinə müraciət edərək karantində olan vətəndaşlarımızın qidalanmasından ötrü bir dana kəsib ətini bağışlamaq istədiyini söylədi”.

CIA.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə deputat İqbal Məmmədov məlumat verib:

“Leriklilərin bu çətin vəziyyətdə dövlətimizə və insanlarımıza dəstək olması sevindiricidir. Mən bir millət vəkili olaraq bütün seçicilərim adından həmyerlimiz Fərzəli Şahbazova #GücBirlikdədir təşəbbüsünə qoşulduğuna görə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, sahibkarlar arasında ilk dəfə olaraq mart ayının 2-ci ongünlüyündə "Relax" istirahət mərkəzinin rəhbərliyi Nazirlər Kabineti yanında yaradılan operativ qərargaha müraciət edərək xaricdən gətirilən həmvətəndaşlarımızı burada karantinə yerləşdirilməsini təklif etmişdir. Təklifi yüksək qiymətləndirən operativ qərargah Türkiyə, Rusiya və Polşadan çarter reysi ilə ölkəmizə gətirilən soydaşlarımız "Relax" istirahət mərkəzində yerləşdirilərək onlara lazım olan bütün xidmətlər göstərilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.