banner
banner

Sosİal

Bəylərin cibinə girən restoranların - Siyahısı

Bəylərin cibinə girən restoranların

Paytaxtda toy edənləri sevindirən ailə həyatı qurmalarıdırsa, onları əsəbləşdirən cəhətlər də var.

Şadlıq evlərində hər addımda adamı aldatmaq istəyən administrasiya işçilərinə, yəqin ki, hər biriniz rast gəlmisiniz. Restoran administratorlarının müştərilərə "əfəl" gözü ilə baxması insanlarda ikrah hissi yaradır. İş o həddə çatıb ki, artıq ölkədə şadlıq evlərinin boykot edilməsi ilə bağlı kampaniya başlayıb.


İnsanları boykota çağıranların fikrincə, şadlıq evlərinin qurduqları sistem sayəsində toy sahibi yığılan pulun böyük əksəriyyətini restorana verir. Toy sahibinin özünə isə qəpik-quruş qalır. Bu da azmış kimi, həmin şəxs toyuna gəlib pul yazdıran qonaqlar qarşısında borclu qalır. Və özünə çatmayan pula görə, hər dəfə toya çağırılanda mütləq gedib iştirak etməli və borcunu ödəməli olur.

Şadlıq evlərinin əksəriyyəti də ödənilən pulun müqabilində müştərilərin haqqı olan məhsulları mənimsəməklə insanlarda qıcıq yaradır. Bakı sakinlərinin əsas narazılıqları da bununladır. Məclis bitdikdən sonra toy sahibi qalan içkiləri və ərzaqları götürmək istəyir. Bütün ərzaqların pulunu ödədiyi üçün onun qanuni haqqıdır. Lakin şadlıq evi buna icazə vermir. Restoran administratoru bildirir ki, ağzı açılan içkiləri müştəri götürə bilər. Qalanları isə restoranındır. Halbuki müştəri bütün içkilərin pulunu artıqlaması ilə ödəyir.

“Qafqazinfo” xəbər verir ki, Day.Az saytı belə xoşagəlməz halların hansı restoranlarda olduğunu araşdırıb. Ortaya böyük bir siyahı çıxıb. Sən demə, paytaxtın əksər məşhur restoranları müştərilərin haqqını yeməklə məşğuldur:

"Su Sonası" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Neolit" – ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.

"Sərin" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Gilavar" – ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.

"İmperator" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Meridian" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Ay İşığı" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Altun" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Əfsanə" – ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.

"Madonna" – ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.

"Elit" – Müştəri istəyərsə, içkiləri də, qidaları da götürə bilər.

"Flamingo" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Millenium" – Müştəri istəyərsə, içkiləri də, qidaları da götürə bilər.

"Sonalar Sonası" – ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.

"Yeganə" – ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.

"Monte Kristo" – restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.

"Gızıl Tac" – ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.

"Mübarək" – Müştəri istəyərsə, içkiləri də, qidaları da götürə bilər. //Milli.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.